CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıdan Kişinyova birbaşa uçuşlar başlayır

© Photo : Facebook / Azerbaijan Airlines - AZALAZAL təyyarəsi
AZAL təyyarəsi - Sputnik Azərbaycan, 1920, 09.08.2023
Abunə olmaq
Uçuşlar sentyabrın 15-dən etibarən başlayacaq və bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.
BAKI, 9 avqust — Sputnik. "Azərbaycan Hava Yolları" (AZAL) Bakıdan Moldovanın paytaxtı Kişinyova birbaşa uçuşlara başlayır.
Bu barədə Kişinyov Beynəlxalq Hava Limanı məlumat yayıb.
Uçuşlar sentyabrın 15-dən etibarən başlayacaq və bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.
AZAL sərnişinləri üçün onlayn qeydiyyat imkanlarını genişləndirir
Əlavə edək ki, "Azərbaycan Hava Yolları" QSC (AZAL) onlayn qeydiyyatdan keçmə müddətini artırıb. AZAL-ın məlumatına görə, indi sərnişinlər əvvəlki 24 saat əvəzinə, uçuşa 48 saat qalmış qeydiyyatdan keçə bilərlər.
Beləliklə, AZAL öz sərnişinlərinə əlavə üstünlüklər təqdim etməyə və onların səyahət təcrübəsini yaxşılaşdırmağa çalışır.
Onlayn qeydiyyat vaxtının 48 saata qədər uzadılması sərnişinlərə daha çox rahatlıq və çeviklik təmin edəcək. Bu xidmət onlara səyahətlərini daha diqqətlə planlaşdırmağa kömək edəcək.
Onlayn qeydiyyat sərnişinlərə əvvəlcədən təyyarənin göyərtəsində oturacaq seçməyə və hava limanında qeydiyyat üçün növbələrdən yayınmağa, bununla da vaxta qənaət etməyə imkan verən rahat xidmətdir.
Onlayn qeydiyyatdan keçmək üçün sərnişinlər aviaşirkətin www.azal.az rəsmi saytına daxil olmalıdırlar.
Xəbər lenti
0