CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkədə dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən kitablar əngəllənib

© Sputnik / Murad OrujovKitab sərgisi
Kitab sərgisi - Sputnik Azərbaycan, 1920, 08.08.2023
Abunə olmaq
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu il 2127 adda dini məzmunlu ədəbiyyata baxış keçirib, nəticədə dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən kitabların ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.
BAKI, 8 avqust — Sputnik. Bu il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dinşünaslıq ekspertizasına baxılması üçün daxil olan dini məzmunlu ədəbiyyatların sayı açıqlanıb.
Bu barədə Dövlət Komitəsinin Kollegiyasının bu ilin altı ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən sədr müavini Gündüz İsmayılov məlumat verib.
Sədr müavini bildirib ki, Komitə hesabat dövründə dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini radikalizm və ekstremizmin, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının, digər mənfi təzahürlərin qarşısının alınması istiqamətində fəaliyyətini davam etdirib. Həmçinin ötən müddət ərzində hüquq mühafizə orqanları ilə birgə qanunsuz dini fəaliyyətə, eləcə də ixtisaslaşmış satış məntəqələrindən kənarda dini ədəbiyyat nümunələrinin satışının həyata keçirilməsinə qarşı profilaktik və inzibati tədbirlər görülüb.
Ümumilikdə idxalla bağlı 2023-cü ilin yanvar-iyun aylarında Komitənin dinşünaslıq ekspertizasına daxil olan müraciətlər əsasında 2127 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən kitabların ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. Ölkədə nəşr olunmaq məqsədilə dinşünaslıq ekspertizasına təqdim edilmiş 134 adda dini ədəbiyyata baxılıb.
G.İsmayılov hesabat dövründə Komitədə 2 dini icmanın dövlət qeydiyyatından keçdiyini, bununla da, rəsmi qeydiyyata alınmış dini qurumların sayının 1002-ə çatdığını diqqətə çatdırıb.
Xəbər lenti
0