Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Son 6 ayda Naxçıvanda yol qəzalarında ölən və yaralanan şəxslərin sayı açıqlanıb

© Photo : REPORTOqtay Əliyev yol qəzasında dünyasını dəyişib
Oqtay Əliyev yol qəzasında dünyasını dəyişib - Sputnik Azərbaycan, 1920, 06.08.2023
Abunə olmaq
Aparılan təbliğat işlərinə baxmayaraq, muxtar respublikada 6 ayda baş verən yol qəzaları nəticəsində 54 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
BAKI, 6 avqust - Sputnik. Bu ilin altı ayı ərzində Naxçıvan Muxtar Respublikasında 45 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 18 nəfər həyatını itirib
Bunu Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polis İdarəsinin əməkdaşı, polis kapitanı Ayaz İsmayılov bildirib.
Onun sözlərinə görə, aparılan təbliğat işlərinə baxmayaraq, muxtar respublikada 6 ayda baş verən yol qəzaları nəticəsində 54 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
DİN rəsmisi bildirib ki, 332 nəfər sürücülük vəsiqəsi olmadan, 592 nəfər etibarnamə olmadan, 131 sürücü sərxoş vəziyyətdə, 95 sürücü piyadaya yol vermədiyi üçün, 69 sürücü sərnişindaşıma qaydalarını pozduğuna görə, 638 sürücü kəmərsiz idarə etdiyinə görə, 741 sürücü işıqforun qırmızı işığında hərəkətini davam etdirdiyinə görə, 231 sürücü 1.1; 1.3; 1.11 nişanlanma xəttini pozub sola və yaxud geriyə döndüyünə görə “İnzibati Xətalar Məcəlləsi”nin müvafiq maddələrinə uyğun cərimələnərək haqlarında inzibati tədbirlər görülüb (Report).
Xəbər lenti
0