Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı rejissorun animasiya filmi beynəlxalq festivalda

© Photo : Courtesy of Nazrin Agamalıyeva"Hədis" filminin bukleti
Hədis filminin bukleti - Sputnik Azərbaycan, 1920, 01.08.2023
Abunə olmaq
2022-ci ilin sentyabrın 21-də İranda etiraz aksiyaları zamanı qətlə yetirilmiş 22 yaşlı Azərbaycan türkü Hədis Nəcəfiyə həsr olunmuş ekran işi bu dəfə Cənubi Koreyanın 25-ci Bucheon Beynəlxalq Animasiya Festivalının əsas müsabiqə proqramına daxil edilib.
BAKI, 1 avqust — Sputnik. Azərbaycanlı rejissor Nəzrin Ağamalıyevanın "Hədis" adlı qısametrajlı animasiya filmi Cənubi Koreyanın XXV Bucheon Beynəlxalq Animasiya Festivalının əsas müsabiqə proqramına daxil edilib. Bu barədə Azərbaycan Animasiya Assosiasiyasının sədri, ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının təsisçisi və direktoru Rəşid Ağamalıyev məlumat verib. Rəşid Ağamalıyevin verdiyi məlumata görə, "OSCAR" kvalifikasiyalı festival 20-24 oktyabr tarixlərində Bucheon şəhərində keçiriləcək.
Qeyd edək ki, "Hədis" 101 ölkə üzrə 3015 film arasından seçilib. Qısametrajlı kateqoriyada yarışa cəmi 84 film layiq görülüb.
Məlumat üçün bildirək ki, "Hədis" filmi simvolik olaraq qarğaların hökm sürdüyü ədalətsiz dünyada haqq-ədalət uğrunda mübarizə aparan gənc qız haqqındadır. Filmi 2022-ci ilin sentyabrın 21-də İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş 22 yaşlı Azərbaycan Türkü Hədis Nəcəfiyə həsr olunub. Ekran işi İranda gender, etnik və mədəni ayrıseçkiliklə mübarizə aparanlara ithaf olunub.
Xatırladaq ki, bundan öncə "Hədis" filminin beynəlxalq premyerası dünyanın ən böyük animasiya festivalı olan Fransanın Annecy Beynəlxalq Animasiya Film Festivalında baş tutub.
Filmin rejissoru Nəzrin Ağamalıyeva, prodüseri Rəşid Ağamalıyev, ssenari müəllifləri İsmayıl İman və Nəzrin Ağamalıyeva, məsləhətçisi Məsud Pənahi, aparıcı animatoru Andrea Szelesovádır, montajçı Jorge Sánchez Calderón, bəstəkar Ondřej Zavadil, səsləndirən Zöhrə Kərimi, redaktoru Rafiq Məmmədlidir. Filmin partiturasında Azərbaycanın məşhur musiqiçisi Sevda Ələkbərzadənin musiqisi səslənir.
"ANİMAFİLM Studio" animasiya studiyasının istehsal etdiyi "Hədis" filmi Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Mərkəzinin maliyyə və ideya dəstəyilə çəkilib. Bundan başqa, Azərbaycan Animasiya Assosiasiyası, "Əkinçi" platforması və "Skwigly" onlayn animasiya jurnalı filmə media dəstəyi verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0