Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru hansı əsas problemlərlə üzləşir?

Abunə olmaq
Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafına hansı amillərin mane olduğunu və onun artımını necə stimullaşdıracağını videomuzda izləyə bilərsiniz.
Ölkələr yalnız təbii resurslara arxalanaraq iqtisadiyyatın davamlı inkişafını dəstəkləyə bilmirlər.
Bunu ekspert-iqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a müsahibəsində deyib.
"Azərbaycanın qeyri-neft ixracının liderlərindən biri də elektrik enerjisidir. Bu, iqtisadiyyatın resurs seqmentidir. Çünki elektrik enerjisi neft məhsullarından, o cümlədən mazutdan istifadə etməklə istehsal olunur", - deyə Cəfərli bildirib.
İqtisadçı Azərbaycanın qeyri-neft ixracının əhəmiyyətli dərəcədə artdığını da qeyd edib.
Ekspert hesab edir ki, təbii sərvətlər hesabına iqtisadi artımı dəstəkləyən ölkələr dünya bazarlarında onlar üçün qiymət dəyişkənliyindən çox asılıdır.
"Bu və ya digər sahədə istehsalın inkişafı çox vaxt uzun illər çəkir. Kreditlərin yüksək faizi biznesin çökməsinə səbəb olur. İqtisadiyyatın aqrar seqmentini stimullaşdırmaq üçün xüsusilə ucuz kreditlərə ehtiyac var", - deyə Cəfərli fikrini yekunlaşdırıb.
Xəbər lenti
0