Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bu ölkələr AVRO-2032-yə birgə ev sahibliyi etmək istəyir

© AFP 2023 / PAUL ELLISFutbolçu
Futbolçu - Sputnik Azərbaycan, 1920, 28.07.2023
Abunə olmaq
UEFA İcraiyyə Komitəsi AVRO-2032-yə ev sahibliyi edəcək ölkənin adını oktyabrın 10-da keçiriləcək iclasında müəyyənləşdirəcək.
BAKI, 28 iyul — Sputnik. Türkiyə və İtaliya AVRO-2032-yə birgə ev sahibliyi etmək istəyirlər.
İki ölkənin futbol federasiyası bununla bağlı UEFA-ya rəsmi müraciət edib.
Bir neçə gün əvvəl İtaliyada səfərdə olan Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi ilə italiyalı həmkarı Qabriele Qravina arasında keçirilən görüşdə birgə əməkdaşlıq qərarı qəbul olunub.
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsi AVRO-2032-yə ev sahibliyi edəcək ölkənin adını oktyabrın 10-da keçiriləcək iclasında müəyyənləşdirəcək.(Report)
Xəbər lenti
0