Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Neftçi"nin oyununa görə nəqliyyatın hərəkəti dayandırılacaq

© AFP 2023 / ELVIS BARUKCICSarayevo şəhərinə mənzərə
Sarayevo şəhərinə mənzərə - Sputnik Azərbaycan, 1920, 27.07.2023
Abunə olmaq
Zvorniçka küçəsində Bakı vaxtı ilə saat 21:00-dan etibarən nəqliyyatdan istifadə mümkün olmayacaq.
BAKI, 27 iyul — Sputnik. "Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bosniya və Herseqovinanın "Jelezniçar" klubu ilə bu gün keçirəcəyi oyuna görə Sarayevoda nəqliyyatın hərəkəti dayandırılacaq.
Konkret olaraq Zvorniçka küçəsində Bakı vaxtı ilə saat 21:00-dan etibarən nəqliyyatdan istifadə mümkün olmayacaq.
Yerli Nəqliyyat Nazirliyi "Jelezniçar" – "Neftçi" görüşünün təhlükəsiz təşkili üçün bu qərarı qəbul edib. Zvorniçka küçəsində insanlar 5 saat nəqliyyatdan yararlana bilməyəcəklər.
Qeyd edək ki, "Qrbavitsa" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Xəbər lenti
0