Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Nazirlik Azərbaycanda çörək qıtlığının yaranmamasına çalışır

© AP Photo / Hussein MallaBuğda
Buğda - Sputnik Azərbaycan, 1920, 27.07.2023
Abunə olmaq
Kənd Təsərrüfatı Nazirliyi dövlətə təhvil verdiyi ərzaqlıq buğdanın miqdarını açıqladı.
BAKI, 27 iyul — Sputnik. Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarükü çərçivəsində bu günə qədər 29,8 min ton məhsul təhvil verilib.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, ölkə prezidentinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi üçün imzaladığı "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" 19 iyul 2022-ci il tarixli fərmanının icrası istiqamətində işlər davam etdirilir. İndiyə qədər 18 rayonda 28 təsərrüfatla 22,4 min hektar pivotaltı sahədə ərzaqlıq buğda istehsalının həyata keçirilməsinə dair müqavilələr bağlanılaraq əkinlər aparılıb. Şirkətlərdən daxil olmuş operativ məlumatlara əsasən, həmin sahələrin 22 min hektarında (98,1 %) biçin aparılaraq 111,8 min ton məhsul istehsal edilib. Hər hektardan orta məhsuldarlıq 50,1 sentner olub.
Hazırda ərzaqlıq buğdanın dövlət tədarükü prosesi davam edir. Bu günə qədər tədarük məntəqələrinə təhvil verilmiş 29,8 min ton ərzaqlıq buğdanın 253 tonunu 1-ci sinif, 12,2 min tonunu 2-ci sinif və 17,3 min tonunu isə 3-cü sinif ərzaqlıq buğda təşkil edib.
Fərmanın icrası məqsədilə ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, yerli ərzaqlıq buğda istehsalçılarının fəaliyyətinin stimullaşdırılması və onlara dövlət dəstəyinin göstərilməsi ilə əlaqədar Dövlət Ehtiyatları Agentliyinin Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Nazirlər Kabineti bu il iyunun 21-də "Ərzaqlıq buğdanın dövlət tədarük qiymətinin müəyyənləşdirilməsi barədə" sərəncam verib. Sərəncama əsasən, Nazirlər Kabineti 7 iyul 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları"nın 1 nömrəli əlavəsində qeyd edilən keyfiyyət göstəricilərinə uyğun yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiymətini 2023-ci il üçün 450 manat müəyyən edib.
Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlamış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda istehsal olunmuş və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilmiş ərzaqlıq buğdanın hər tonuna görə istehsalçılara 100 manat məhsul subsidiyası ödəniləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0