Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi başlayıb

© Sputnik / Ilham MustafayevOrta məktəb, arxiv
Orta məktəb, arxiv - Sputnik Azərbaycan, 1920, 26.07.2023
Abunə olmaq
Qırx və daha yüksək bal toplayan namizədlər iyulun 31-i saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.
BAKI, 26 iyul — Sputnik. Bu gündən Azərbaycanda bütün fənlər üzrə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin vakansiya seçimi mərhələsi başlayıb.
Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, bütün fənlər üzrə 40 və daha yüksək bal toplayan namizədlər iyulun 31-i saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.
Namizəd seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.
Qeyd edək ki, 58 000-ə yaxın namizədin iştirak etdiyi test imtahanları 11-15 iyulda ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçirilib. Bu ildə MİQ vasitəsilə 10 000 müəllimin işə qəbulu hədəflənib. Vakansiya seçimində isə ilk olaraq şəhid ailələrinin üzvləri iştirak ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0