SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan ermənilərin təhlükəsizliyini müzakirə etməkdən imtina etmir - Paşinyan

© AFP 2023 / YEVGENY BIYATOVNikol Paşinyan
Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 25.07.2023
Abunə olmaq
Baş nazirin sözlərinə görə, məhz mövcud etimadsızlıq səbəbindən yalnız beynəlxalq mexanizm çərçivəsində Bakı ilə Xankəndi arasında az-çox səmərəli dialoq aparıla bilər.
BAKI, 25 iyul — Sputnik. Azərbaycan danışıqlar masası arxasında Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyini müzakirə etməkdən imtina etməyib. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
"Azərbaycan Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi barədə danışmaqdan imtina etmir. Digər tərəfdən, mən razıyam ki, belə bir hazırlıq Azərbaycan nümayəndələrinin açıq bəyanatlarından irəli gəlmir", - Paşinyan bildirib.
Paşinyan onu da vurğulayıb ki, onun üçün Qarabağda səslənən fikirlər anlaşılmazdır və onlar Azərbaycanla bu mövzuda müzakirələri istisna edir.
Baş nazirin sözlərinə görə, Qarabağdan,dialoqun zəruriliyi ilə bağlı fikirlər də səsləndirilir.
Paşinyan qeyd edib ki, Ermənistan və Azərbaycan bir-birinə inanmır:
"Bu vəziyyətdən çıxmaq üçün addımlar atmalıyıq".
Baş nazirin sözlərinə görə, məhz mövcud etimadsızlıq səbəbindən yalnız beynəlxalq mexanizm çərçivəsində Bakı ilə Xankəndi arasında az-çox səmərəli dialoq aparıla bilər.
Xəbər lenti
0