Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Yusif Eyvazov və Anna Netrebko Baden-Badendə möhtəşəm ifaları ilə çıxış ediblər

© Photo : social media page of Yusif EyvazovYusif Eyvazov və Anna Netrebko
Yusif Eyvazov və Anna Netrebko - Sputnik Azərbaycan, 1920, 24.07.2023
Abunə olmaq
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov həyat yoldaşı, Rusiyanın xalq artisti Anna Netrebko ilə Almaniyada konsert veriblər.
BAKI, 24 iyul — Sputnik. Azərbaycanın xalq artisti Yusif Eyvazov və onun həyat yoldaşı Rusiyanın xalq artisti Anna Netrebko birlikdə Almaniyanın Baden-Baden şəhərində konsert veriblər. Tədbir Almaniyanın ən böyük konsert zalında - Festşpilhausda baş tutub.
Cütlük bir neçə aydır ki, bu konsertə hazırlaşıb. Tamaşaçılar da onları səbirsizliklə gözləyiblər. Tədbir başlamazdan əvvəl ifaçıların pərəstişkarları əllərində plakatlarla salonun girişində toplaşıblar.
"Bu cür səmimi qəbula, dəstəyinizə və bu konserti gözlədiyinizə görə təşəkkür edirik. Sizin münasibətinizi və dəstəyinizi əbədi olaraq xatırlayacağıq. Biz mütləq yenə qayıdacağıq", - deyə Eyvazov sosial şəbəkədə yazıb.
© Photo : social media page of Yusif EyvazovYusif Eyvazov və Anna Netrebko
Народный артист Азербайджана Юсиф Эйвазов вместе со своей супругой, народной артистки России Анны Нетребко - Sputnik Azərbaycan, 1920, 24.07.2023
Yusif Eyvazov və Anna Netrebko
Opera müğənniləri italiyalı dirijor Klaudio Vandellinin rəhbərliyi altında Baden-Baden simfonik orkestrinin müşayiəti ilə çıxış ediblər. Eyvazov və Netrebko məşhur operalardan ariyalar ifa ediblər.
Sənətçilərin çıxışlarını izləyən tamaşaçılar sosial şəbəkədə "Heyrətamiz konsert, unudulmaz təəssüratlar", "Möhtəşəm konsert idi", "Sadəcə inanılmaz konsert, təşəkkürlər", "Unudulmaz konsert, sizə ürəkdən təşəkkür edirəm" sözlərini yazıblar.
Xatırladaq ki, Yusif Eyvazov və Anna Netrebkonun toyu 2015-ci ildə baş tutub. Səkkiz ildir ki, cütlük müxtəlif ölkələrdə konsertlərlə çıxış edirlər. Cütlük Vyanada yaşayır, lakin Bakıya tez-tez gəlirlər.
Yusif Eyvazov kimdir
Qeyd edək ki, bu il aprelin 7-də Yusif Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru vəzifəsinə təyin olunub.
Yusif Eyvazov opera müğənnisi, dramatik tenor, Azərbaycan Respublikasının Xalq artistidir.
O, 1996-cı ildə Bakı Musiqi Akademiyasına daxil olub, 2003-2007-ci illərdə təhsilini İtaliyanın məşhur “Istituto Musicale Pareggiato Achille Peri” institutunda vokal ixtisası üzrə davam etdirib, Franko Korelli, Luçano Pavarotti, Maqda Oliveri, Plaçido Dominqo kimi opera korifeylərindən ustad dərsləri alıb. Y.Eyvazov Kapriolo, Montanyana və Milan vokal müsabiqələrinin finalçısı və qalibi olub. Milanın La Skala Operası, Vyana Dövlət Operası, Berlin Dövlət Operası, Nyu-York Metropoliten-Opera, Rusiya Dövlət Akademik Böyük Teatrı (Bolşoy Teatr), Sankt-Peterburqun Mariinski Teatrı kimi məşhur səhnələrdə çıxış edib.
Музыкальные звезды Азербайджана на московской сцене
 - Sputnik Azərbaycan, 1920, 07.04.2023
MƏDƏNİYYƏT
Opera və Balet Teatrına yeni direktor təyin edildi
Xəbər lenti
0