Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Türk lirəsi dollar və avro qarşısında antirekord vurub

© AFP 2023 / RAMI AL SAYEDlirə
lirə - Sputnik Azərbaycan, 1920, 18.07.2023
Abunə olmaq
Daxili valyita bazarında diqqətlər Türkiyə Mərkəzi Bankının cümə axşamı açıqlayacağı faiz qərarına yönəlib.
BAKI, 18 iyul — Sputnik. Tukiyədə dollar və avro bahalaşaraq yeni rekord vurub.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün Türkiyədə dolların məzənnəsi 26,77 lirəni keçərək yeni rekord səviyyəyə çatıb.
Avronun məzənnəsi də 30 lirə səviyyəsini keçərək yeni rekord vurub.
Dollar/Lirə-də yüksəliş sürəti davam edərkən daxili bazarlarda diqqətlər Türkiyə Mərkəzi Bankının cümə axşamı açıqlayacağı faiz qərarına yönəlib.
Xatırladaq ki, dünən "Taxıl sazişi" ətrafında yaranmış vəziyyət fonunda Türkiyə valyutası tarixi minimumu yeniləyib və 1 dollar üçün 26,31 lirə təşkil edib.
Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov "Taxıl sazişi"nin müddətinin başa çatdığını və sənədin vaxtının uzadılmadığını deyib.
Keçən ay Türkiyə Mərkəzi Bankı iki ildən artıq müddətdə ilk dəfə uçot dərəcəsini 8,5%-dən 15%-ə qaldırıb. Bir çox analitiklər daha kəskin artım gözləyirdilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0