Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Cəbrayılda avtomobil piyadanı vuraraq öldürüb

© AFP 2023 / JOEL SAGETQəza, arxiv şəkli
Qəza, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.07.2023
Abunə olmaq
Faktla bağlı Cəbrayıl RPŞ-nin İstintaq qrupunda CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
BAKI, 16 iyul - Sputnik. Cəbrayıl rayonunda maşın piyadanı vuraraq öldürüb.
"Report" xəbər verir ki, hadisə ötən gün baş verib.
Belə ki, 1985-ci il təvəllüdlü İbayev Vüsal Aqil oğlu idarə etdiyi “Mitsubishi L200” markalı avtomobillə Cəbrayıl rayonu, Məzrə kəndindən keçən yolun 84-cü kilometrliyində piyada 1979-cu il təvəllüdlü Ağayev Nahid Mirhəbib oğlunu vurub və sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Cəbrayıl RPŞ-nin İstintaq qrupunda CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Xəbər lenti
0