DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Şavkat Mirziyoyev and içir

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidÖzbəkistan Prezidenti Şavkat Mirziyoyev
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev  - Sputnik Azərbaycan, 1920, 14.07.2023
Abunə olmaq
MSK-in yekun məlumatlarına görə, Mirziyoyev Özbəkistan tarixində ilk dəfə keçirilən növbədənkənar seçkilərdə 87,05 % səslə qalib gəlib.
BAKI, 14 iyul — Sputnik. Daşkənddə növbədənkənar seçkilərdə qalib olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin andiçmə mərasimi keçirilir. Bu barədə "Sputnik-Özbəkistan" məlumat yayıb.
Andiçmə mərasimi Ali Məclisin Qanunvericilik Palatası və Senatının birgə iclası çərçivəsində keçirilir.
Hazırkı dövlət başçısı ilə yanaşı, Özbəkistan Xalq Demokratik Partiyasından İnoyatov Uluqbek İlyasoviç, "Adolat" Sosial Demokrat Partiyasından Mahmudova Robaxon Anvarovna, Özbəkistan Ekologiya Partiyasından Abduşükür Həmzəyev namizəd olublar. Respublikada mövcud olan digər partiya – "Milli Dirçəliş" hazırkı prezidentin namizədliyini dəstəkləyib.
MSK-in yekun məlumatlarına görə, Mirziyoyev Özbəkistan tarixində ilk dəfə keçirilən növbədənkənar seçkilərdə 87,05 % səslə qalib gəlib. Seçkilərdə iştirak 80 faizə yaxın olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0