Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

XİN: “Ermənistan rəsmilərinin ikiüzlülüyünün həddi-hüdudu yoxdur!”

© Photo : MFA AzerbaijanРуководитель пресс-службы министерства иностранных дел Азербайджана Айхан Гаджизаде
Руководитель пресс-службы министерства иностранных дел Азербайджана Айхан Гаджизаде - Sputnik Azərbaycan, 1920, 13.07.2023
Abunə olmaq
Ayxan Hacızadə tviterdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın paylaşımına münasibət bildirib.
BAKI, 13 iyul - Sputnik. “Görünür, Ermənistan rəsmilərinin ikiüzlülüyünün həddi-hüdudu yoxdur!”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmət idarəsinin rəisi Ayxan Hacızadə tviterdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın paylaşımına münasibət bildirərkən qeyd edib.
"Əks halda, niyə raket hücumları və Azərbaycana qarşı təcavüzü nəticəsində 12 uşaq da daxil olmaqla, onlarla günahsız uşağı qətlə yetirən ölkə uşaq ölümlərindən məkrli siyasəti üçün sui-istifadə etsin?", - XİN sözçüsü vurğulayıb.
Xəbər lenti
0