Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanda narkomanların statistikası

Abunə olmaq
Azərbaycanda narkomanların sayı ildən-ilə artır. Hazırda respublikada nə qədər narkotik istifadəçisinin qeydiyyatda olması barədə - "Sputnik Azərbaycan" infoqrafikasında.
BAKI, 12 iyul — Sputnik. Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatına görə, 2022-ci ildə Azərbaycanda müxtəlif növ narkotiklərdən istifadə edənlərin sayı 35 min nəfərdən çoxdur.
35 mindən çox narkomanın böyük əksəriyyəti kişilərdir. Belə ki, respublikada 572 narkoman qadın var.
Maraqlıdır ki, ölkədə narkotik istifadəçilərinin əksəriyyəti orta yaşlı insanlardır. Onların sayı 12,06 min nəfərdir.
Ən çox narkoman Bakıda - 8565 nəfər, daha sonra Lənkəranda (3837) və Sumqayıtda (3343) qeydə alınıb.
Son 10 ildə respublikada narkomanların statistikasının necə dəyişdiyi barədə məlumat üçün "Sputnik Azərbaycan"ın infoqrafikasına baxın.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0