DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə Mərkəzi Bankı valyuta ehtiyatları hesabına türk lirəsinə dəstəyi dayandırıb

© AFP 2023 / OZAN KOSElira
lira - Sputnik Azərbaycan, 1920, 04.07.2023
Abunə olmaq
Türkiyə Mərkəzi Bankının uçot dərəcəsinin artırılması ilə bağlı qərarından sonra Erkan iri bankların sədrləri ilə görüş keçirərək, yeni dövrün pul siyasətinin prioritetinin inflyasiya ilə mübarizə olacağını bildirib.
BAKI, 4 iyul — Sputnik. Türkiyə Mərkəzi Bankının rəhbəri Hafizə Erkan Mərkəzi Bankın valyuta ehtiyatları hesabına türk lirəsinə dəstəyin dayandırıldığını açıqlayıb. Bu barədə Türkiyənin "Economim" portalı mənbələrə istinadən məlumat yayıb.
Türkiyə Mərkəzi Bankının uçot dərəcəsinin artırılması ilə bağlı qərarından sonra Erkan iri bankların sədrləri ilə görüş keçirərək, yeni dövrün pul siyasətinin prioritetinin inflyasiya ilə mübarizə olacağını bildirib.
"Xarici valyutanın satışı məzənnənin aşağı salınması üçün aparılmayacaq", - Mərkəzi Bankın sədri bildirib.
Məlumata görə, Erkan Mərkəzi Bankın məzənnə ilə bağlı qərarını açıqladıqdan sonra bir sıra özəl bankları valyuta alışına görə qınayıb.
O, həmçinin valyuta məzənnəsini sıxışdırmağa yönəlmiş müdaxilələrin mərhələli şəkildə dayandırılacağına işarə edib.
Daha əvvəl maliyyə və xəzinə naziri Mehmet Şimşək tərəfindən açıqlanan Türkiyə Mərkəzi Bankının ehtiyatlarının əhəmiyyətli dərəcədə artması Türkiyə Mərkəzi Bankının xarici valyuta satışlarının azaldığını təsdiqləyir.
Bu ayın əvvəlində Türkiyə Mərkəzi Bankı sərt pul siyasətinin başladığını açıqlamışdı. Faiz dərəcəsi təxminən iki dəfə artırılaraq 6,5 faiz artaraq 15%-ə çatdırılıb. Ekspertlər qeyd edirlər ki, Türkiyə Mərkəzi Bankı lirənin zəifləməsini cilovlamaq üçün uçot dərəcəsini 25-30%-ə qaldırmalı olacaq.
Türkiyədə inflyasiya artım tempinin səviyyəsini əhəmiyyətli dərəcədə üstələyir: 2023-cü ildə inflyasiya may ayında illik ifadədə apreldəki 43,7%-dən və martdakı 50,5%-dən 39,6%-ə qədər geriləyib. May ayında aylıq inflyasiyanın artımı 2,4%-dən 0,04%-ə qədər azalıb.
Xəbər lenti
0