DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Lukaşenko: Yalnız keçmiş SSRİ-nin respublikaları birlikdə müstəqil ola biləcəklər

© Sputnik / Виталий АньковBelarus Prezidenti Aleksandr Lukaşenko
Belarus Prezidenti Aleksandr Lukaşenko - Sputnik Azərbaycan, 1920, 03.07.2023
Abunə olmaq
Belarus prezidenti bildirib ki, yeni yaranan nasistlərin sovet xalqının şücaətini və nasist işğalçılarının məğlubiyyətini nümayiş etdirən hərbi kinoxronikanın kadrlarına yenidən baxması heç də pis olmazdı.
BAKI, 3 iyul — Sputnik. Yalnız birlikdə postsovet respublikaları azad, müstəqil ola və öz torpaqlarında sülhü təmin edə biləcəklər.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko "Şöhrət kurqan" memorial kompleksində ölkənin Müstəqillik Günü şərəfinə əklil və gül dəstələri qoyulması mərasimində çıxış edərkən deyib.
"Bu müharibənin bir xatirəsi, bir qələbəsi və bir həqiqəti var. Belə çətin bir zamanda biz yalnız birlikdə torpağımızda sülhə zəmanət verə bilərik, yalnız birlikdə azad və müstəqil ola bilərik", - deyə Belarus prezidenti bildirib.
Lukaşenko qeyd edib ki, "Yaddaş qatarı" aksiyasının iştirakçıları olan Rusiya, Ermənistan, Qırğızıstandan olan gənclərin Belarus vətəndaşları ilə bu bayramı bölüşməsi onun üçün böyük xoşbəxtlikdir. O, zaman keçdikcə "qatar"ın keçmiş SSRİ-nin bütün respublikalarından olan qalib xalqların varislərini bir araya gətirəcəyinə əmin olduğunu bildirib.
"Minlərlə əsgər və zabit bizim yaşamağımız üçün canlarını verib. Burada böyük çoxmillətli ölkənin qardaşlıq bağları qanla möhürlənib. Döyüşçülər özlərini belaruslara və rusiyalılara, ukraynalılara və qazaxlara, ermənilərə və gürcülərə, taciklərə və qırğızlara, azərbaycanlılara və özbəklərə bölməyiblər. Torpağı özləri və ya başqaları üçün bölüşməyiblər. Onlar bizim vahid Vətənimiz uğrunda vuruşublar", - deyə Belarus dövlətinin başçısı vurğulayıb.
Aleksandr Lukaşenko onu da əlavə edib ki, yeni yaranan nasistlərin sovet xalqının şücaətini və nasist işğalçılarının məğlubiyyətini nümayiş etdirən hərbi kinoxronikanın kadrlarına yenidən baxması heç də pis olmazdı.
"Onlar unutmaq istəyirlər. Ancaq biz buna imkan verməməliyik. Bunun bir daha təkrarlanmaması üçün heç kim bunu unutmamalıdır", - deyə prezident fikrini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0