DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Fransa çalxalanır: Makron Almaniyaya dövlət səfərini təxirə salmalı olub

© AFP 2023 / ODD ANDERSENЭмманюэль Макрон - Президент Франции
Эмманюэль Макрон - Президент Франции
 - Sputnik Azərbaycan, 1920, 01.07.2023
Abunə olmaq
Emmanuel Makron bu gün Prezident F.V.Staynmayerə zəng edərək Almaniyaya planlaşdırılan dövlət səfərinin vaxtının dəyişdirilməsini xahiş edib.
BAKI, 01 iyul - Sputnik. Fransa Prezidenti Emmanuel Makron Almaniyaya iyulun 2-4-nə planlaşdırılan dövlət səfərini ölkəsindəki etirazlara görə təxirə salıb.
Bu barədə Almaniya dövlətinin başçısı Frank-Valter Staynmayerin ofisi məlumat verib.
“Emmanuel Makron bu gün Prezident F.V.Staynmayerə zəng edib və ona ölkədəki vəziyyətlə bağlı məlumat verib. Prezident Makron Almaniyaya planlaşdırılan dövlət səfərinin vaxtının dəyişdirilməsini xahiş edib", - məlumatda deyilib.
Qeyd edək ki, bu, Fransa Prezidentinin son 23 ildə Almaniyaya ilk dövlət səfəri olacaqdı.
Qeyd edək ki, Fransanın qərbində nümayişçilərlə ifrat sağçılar arasında toqquşmalar olub. "France 3" telekanalının yaydığı məlumata görə, hüquq-mühafizə orqanları iğtişaşçılarla ifrat sağçılar arasında şənbə gecəsi Fransanın qərbindəki Anje kommunasında (Main-et-Luara departamenti) baş verən toqquşmanı araşdırır.
Bildirilib ki, "nümayişçilərlə ultrasağçı qrup arasında baş verən toqquşmadan sonra qanunsuz silah saxlama faktı ilə bağlı bir neçə cinayət işi açılıb". Gecə ərzində kommunada ümumilikdə 11 nəfərin saxlanılıdığı bildirilib.
"France 3" telekanalının məlumatına görə, Fransada qadağan olunmuş ifrat sağçı qrupun nümayəndələri beysbol dəyənəkləri ilə silahlanıblar.
Qeyd edək ki, Fransada 17 yaşlı oğlanın polis tərəfindən öldürülməsindən sonra ölkənin müxtəlif yerlərində etirazlar başlayıb və zorakı xarakter alıb.
BFM telekanalının məlumatına görə, iğtişaşlar başlayandan bəri polis 2,4 minə yaxın adamı saxlayıb.
Telekanalın məlumatına görə, ölkə ərazisində çərşənbə axşamı 31, cümə axşamı günü 182, cümə günü 875, şənbə günü isə 1311 nəfər saxlanılıb. Ölkədə ümumilikdə 2399 nəfərin saxlanıldığı bildirilib.
BFM telekanlı bildirib ki, iyulun 1-nə keçən gecə Fransa hökuməti digər günlərlə müqayisədə daha çox güc tətbiq edib. Küçələrdə təhlükəsizliyin təminatı üçün 45 min polis cəlb edilib. Bundan əlavə, hakimiyyət 18 zirehli transportyordan ibarət milli jandarmın zirehli dəstəsindən istifadə etmək qərarına gəlib.
Son toqquşmalarda 79 polis və jandarma əməkdaşının yaralandığı bildirilib (dünən gecə isə bu rəqəm 249 olub).
Ötən gecə 1350 avtomobil yandırılıb (cümə günü gecə isə təxminən 2000 avtobmobil yandırılıb), 234 binaya (dünən gecə 500-ə yaxın) ziyan dəyib. İyulun 1-nə keçən gecə ən böyük iğtişaşlar Marsel, Lion, Sent-Etyen, Tuluza, Bordo, eləcə də Parisətrafı qəsəbələrdə, xüsusən də Sen-Denidə baş verib.
Fransanın daxili işlər naziri Cerald Darmanin bildirib ki, iyunun 30-na keçən gecə iğtişalar zamanı saxlanılanların orta yaşı 17-dir. Bəzi hallarda polis iğtişaşlara qatılan 13 yaşlı uşaqları da saxlayıb.
Etiraz aksiyaları artıq ciddi dövlət böhranına gətirib çıxarıb. Etirazlara paralel olaraq soyğunçuluq halları az qala kütləvi hal alıb. Sahibkarlar taxta, dəmir parçaları ilə silahlanaraq öz mağazalarını, restoranlarını və digər obyektləri qorumağa çalışırlar. Bu hal isə vətəndaş müharibəsi təhlükəsi yaradır. Artıq bir-neçə şəhərdə soyğunçularla dinc vətəndaşlar arasında lokal toqquşmalar qeydə alınmaqdadır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0