SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Dövlət Departamenti: Qarabağda ləyaqətli sülh labüddür

© AFP 2023 / NICHOLAS KAMMГосударственный департамент США
Государственный департамент США - Sputnik Azərbaycan, 1920, 28.06.2023
Abunə olmaq
Metyu Miller bildirib ki, Amerika Birləşmiş Ştatları bu məqsədə çatmaqda tərəflərə kömək etmək öhdəliyi götürür
BAKI, 28 iyun - Sputnik. "Qarabağda insan itkisi bizi çox narahat edir".
Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller Twitter hesabında bildirib.
“Son hadisələr hərbi əməliyyatlardan çəkinməyin və davamlı və ləyaqətli sülhün labüdlüyünü göstərdi. Amerika Birləşmiş Ştatları bu məqsədə çatmaqda tərəflərə kömək etmək öhdəliyi götürür” - Miller vurğulayıb (APA).
Xatırladaq ki, Ceyhun Bayramov rəsmi Vaşinqtonun vasitəçiliyi ilə ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb. İyunun 28-də başlayan ikitərəfli və üçtərəfli danışıqlar iyunun 29-da da davam etdirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0