Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Neymardan təzyiqlərə reaksiya: Futbol fərdi idman deyil, olsaydı, məqsədlərimə çatardım

© AP Photo / Daniel ColeNeymar, arxiv şəkli
Neymar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.06.2023
Abunə olmaq
Futbol ulduzunun sözlərinə görə, heç vaxt ittihamlardan qaçmır, əksinə, sinəsini döyüb deyir ki, "məni tənqid edə bilərsiniz".
BAKI, 26 iyun — Sputnik. Braziliya millisinin futbolçusu Neymar futbola kifayət qədər diqqət yetirməməsi ilə bağlı ittihamlara cavab verib. Onun sözləri "Band Sports" tərəfindən yayımlanıb.
"Mən heç vaxt ittihamlardan qaçmıram. Hətta əksinə, sinəmi döyüb deyirəm ki, məni tənqid edə bilərsiniz. Mən istedadımın hansı səviyyədə olduğunu, nəyə qadir olduğumu bilirəm. Amma futbol fərdi idman deyil. Fərdi olsaydı, indiyə qədər bütün məqsədlərimə çatardım. Amma yox. Təbii ki, adıma görə təzyiq daha yüksəkdir. Həm meydanda, həm də ondan kənarda. Bəzən şəxsi həyatımla bağlı olduğu üçün bir çox tənqidlərlə razılaşa bilmirəm, istədiyimi edə bilərəm", - Neymar deyib.
2017-ci ildən bəri hücumçu Fransada beş çempionluq qazandığı PSJ-nin heyətində çıxış edir. Neymar 2013-2017-ci illərdə Kataloniya "Barselona"sında çıxış edib. Bu, braziliyalı üçün vətənindən kənarda ilk klub idi.
Daha əvvəl Neymarın Braziliyada ətraf mühitin pozulmasına görə 1 milyon avro cərimə olunacağı bildirilirdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0