DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Finlandiya müdafiə xərclərini son 60 ilin ən yüksək həddinə çatdırıb

© AFP 2023 / HEIKKI SAUKKOMAAFinlandiya ordusu
Finlandiya ordusu - Sputnik Azərbaycan, 1920, 25.06.2023
Abunə olmaq
Finlandiya 2022-ci ildə NATO-ya üzv olmaq üçün müraciət edib və 2023-cü ilin aprelində alyansa qoşulub.
BAKI, 25 iyun — Sputnik. Finlandiya müdafiə xərclərini son 60 ilin ən yüksək səviyyəsinə yüksəldib. Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu məlumat yayıb.
Finlandiya 2022-ci ildə NATO-ya üzv olmaq üçün müraciət edib və 2023-cü ilin aprelində alyansa qoşulub. Bu baxımdan hakimiyyət müdafiə büdcəsini fəal şəkildə artırmağa başlayıb - xərclər keçən illə müqayisədə 36 faiz artaraq 4,8 milyard dollara çatıb.
İndi bu xərclər ÜDM-in 1,7 faizini təşkil edirlər. 2023-cü ildə ölkə hakimiyyəti bu göstəricini artırmağı və iki faiz həddinə çatmağı planlaşdırır, çünki bu göstərici NATO üzvləri üçün standart rolunu oynayır.
Qeyd olunur ki, 2022-ci ildə müdafiə xərclərinin üçdə biri yeni silahların alınmasına xərclənib. Xüsusilə qırıcılar və raketdən müdafiə sistemləri alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0