Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Avtomobillərin utilizasiyası ilə bağlı dəyişikliklər üçüncü oxunuşda qəbul edilib

© AP Photo / Charlie RiedelAvtomobillərin utilizasiyası
Avtomobillərin utilizasiyası - Sputnik Azərbaycan, 1920, 24.06.2023
Abunə olmaq
Sadiq Qurbanov bildirib ki, Prezidentin təsdiq etdiyi “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması nəzərdə tutulub.
BAKI, 24 iyun - Sputnik. Milli Məclisdə “İstehsalat və məişət tullantıları haqqında” qanuna dəyişiklik müzakirə edilib.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, Prezidentin təsdiq etdiyi “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması nəzərdə tutulub. Buna uyğun olaraq 14 dövlət qurumu ilə koordinasiyalı şəkildə hazırlanan qanun layihəsində qanuna “Nəqliyyat vasitələrinin utilizasiyası” fəslinin əlavə edilməsi təklif olunub.
Utilizasiya proqramının ekoloji əsaslandırmasından bəhs edən komitə sədri köhnə avtomobillərin atmosferə atdığı zərərli maddələrin ekologiya və insan sağlamlığında mənfi təsirlərindən danışıb. Azərbaycanda Avro-4 standartının tətbiq olunduğunu, lakin bu standartın tətbiqinə qədər ölkəyə gətirilmiş köhnə maşınların hələ də istismar edildiyini deyən Sadiq Qurbanov köhnə avtomobil parkının yenilənməsində utilizasiyanın tətbiqinin əhəmiyyətini diqqətə çatdırıb. O, layihənin bütövlükdə həm ekoloji vəziyyəti yaxşılaşdırmaq, həm yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, eləcə də ölkədə nəqliyyat parkını yeniləmək, yerli avtomobil istehsalını stimullaşdırmaq baxımından faydaları barədə məlumat verib.
O, bildirib ki, təklif olunan dəyişikliklər insanların həyat və sağlamlığının qorunmasına, ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılmasına, avtonəqliyyat vasitələrindən atmosferə daxil olan zərərli maddələrin miqdarının azaldılmasına, avtomobil parkının yeilənməsinə, köhnə və texniki cəhətdən tələblərə cavab verməyən nəqliyyat vasitələrinin dövriyyədən çıxarılmasına, bunun nəticəsində yol-nəqliyyat hadisələrinin sayının azaldılmasına, istismara yararsız nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin tərkibindəki təhlükəli və digər tullantıların ətraf mühitə mənfi təsirinin azaldılmasına, habelə ölkəmizdə avtomobil istehsalının stimullaşdırılmasına xidmət edəcək.
Bildirilib ki, ölkənin gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi zamanı "Tullantılar haqqında" qanuna uyğun olaraq utilizasiya haqqı tutulacaq.
Sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
Qeyd edək ki, Azərbaycanın gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi, həmçinin nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı nəqliyyat vasitələrinin utilizasiyası fonduna utilizasiya haqqı ödəniləcək.
Minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqının bəyannaməçilər tərəfindən ödənilməsi gömrük orqanları tərəfindən təmin ediləcək.
Dövlət texniki baxışı üzrə utilizasiya haqqı nəqliyyat vasitəsi "Yol hərəkəti haqqında" qanunda nəzərdə tutulan müddətlərdə texniki baxışa faktiki təqdim olunan vaxt ödəniləcək.
Utilizasiya haqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitəsinin istehsal-buraxılış ili üzrə müəyyən ediləcək.
Qanun qəbul ediləcəyi halda bu prosedurlar 2024-cü il fevralın 1-dən tətbiq olunacaq.
Xatırladaq ki, deputat Vüqar Bayramov bildirib ki, xaricdən avtomobil idxalı zamanı ultilizasiya haqqının alınması idxal qiymətinin artımına səbəb olacaq. O bildirib ki, bu, eyni zamanda avtomobil bazarında bahalaşmaya gətirib çıxaracaq.
Xəbər lenti
0