DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Özbəkistan və Türkiyə hərbi-texniki əməkdaşlığı yeni səviyyəyə qaldırmaq niyyətindədir

© Sputnik / Murad Orujov"AKINCI PT-5",
AKINCI PT-5, - Sputnik Azərbaycan, 1920, 23.06.2023
Abunə olmaq
İyunun 23-də Özbəkistan və Türkiyənin müdafiə nazirləri general-leytenant Bahodir Kurbanov və ordu generalı Yaşar Gülər ​​telefon danışığında ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
BAKI, 23 iyun — Sputnik. Özbəkistan və Türkiyənin müdafiə nazirlikləri hərbi-texniki əməkdaşlığı yeni səviyyəyə qaldırmaq niyyətindədir. Bu barədə Özbəkistan müdafiə nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətinin məlumatına görə, iyunun 23-də Özbəkistan və Türkiyənin müdafiə nazirləri general-leytenant Bahodir Kurbanov və ordu generalı Yaşar Gülər ​​telefon danışığında ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

"Tərəflər hərbi-texniki əməkdaşlığı yeni səviyyəyə qaldırmaq, döyüş hazırlığı və hərbi təhsil sahəsində əlaqələrin daha da intensivləşdirilməsi barədə razılığa gəliblər", - Müdafiə Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

Mətbuat xidməti əlavə edib ki, Kurbanov türkiyəli həmkarını Özbəkistana rəsmi səfərə dəvət edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0