Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini qaldırdı, 1 dollar 24,5 lirə oldu

© AP Photo / Mucahid YapiciTürkiyə lirəsi
Türkiyə lirəsi - Sputnik Azərbaycan, 1920, 22.06.2023
Abunə olmaq
Bu, Türkiyə Mərkəzi Bankının yeni təyin olunmuş rəhbəri Hafize Qaye Erkanın məzənnə ilə bağlı ilk qərarıdır.
BAKI, 22 iyun — Sputnik. Türkiyə Mərkəzi Bankı iki ildən artıq müddətdə ilk dəfə uçot dərəcəsini 8,5%-dən 15%-ə qaldırıb.
Xatırladaq ki, Türkiyə Mərkəzi Bankı 2021-ci ilin martında əsas uçot dərəcəsini 17%-dən 19%-ə qaldırmışdı.
"Uçot dərəcəsinin 15%-ə qaldırılması barədə qərar qəbul edilib", - məlumatda deyilir.
Bu, Türkiyə Mərkəzi Bankının yeni təyin olunmuş rəhbəri Hafize Qaye Erkanın məzənnə ilə bağlı ilk qərarıdır.
Bir çox analitiklər daha kəskin artım gözləyirdilər. Türkiyədə may ayında illik inflyasiya 39,6% təşkil edib.
Uçot dərəcəsinin qaldırılması türk lirəsinə kömək etməyib. Belə ki, bu gün türk lirəsi yeni “rekord” vurub. Lirənin dollara qarşı dəyəri 24,1 olub. Hazırda isə 1 ABŞ dollarının alış məzənnəsi 24.29 lirə təşkil edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0