Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan-İran Birgə Komissiyasının həmsədrləri nədən danışıblar

© Official website of President of Azerbaijan RepublicAzərbaycan və İran bayraqları
Azərbaycan və İran bayraqları - Sputnik Azərbaycan, 1920, 20.06.2023
Abunə olmaq
İranlı nazirŞimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin sürətli şəkildə reallaşacağına ümidvar olduğunu dilə gətirib.
BAKI, 20 iyun - Sputnik. Bu gün Azərbaycan-İran Birgə Komissiyasının həmsədrləri - Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə İranın yol və şəhərsalma naziri Mehrdad Bazarpaş arasında telefon danışığı olub.
Telefon danışığında Birgə Komissiyanın gündəliyində olan layihələr müzakirə edilib.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına dair məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Mehrdad Bazarpaş Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tamamlanmasına və ən sürətli şəkildə reallaşacağına ümidvar olduğunu bildirib.
Şahin Mustafayev iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafının zəruriliyini qeyd edib və iranlı naziri qarşıdan gələn Qurban bayramı münasibəti təbrik edib.
(APA)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0