Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanın on yeddi cüdoçusu yeniyetmələrin Avropa çempionatında iştirak edəcək

© AFP 2023 / OLIVIER MORINcüdo
cüdo - Sputnik Azərbaycan, 1920, 16.06.2023
Abunə olmaq
İyunun 25-də başa çatacaq Avropa çempionatında milli komandanı 10 kişi və 7 qız idmançı ilə təmsil edəcək.
BAKI, 16 iyun — Sputnik. İyunun 22-də Portuqaliyanın Odivelas şəhərində start götürəcək yeniyetmələrin Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.
Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytının yaydığı xəbərə görə, milli komanda yarışda 10 kişi və 7 qız idmançı ilə təmsil olunacaq.
Kişilərdən ibarət yığmada Məhəmməd Həşimov, Əhməd Rüstəmov (hər ikisi 50 kq), Mirxaliq İskəndərov, Fərid Qarayev (hər ikisi 55 kq), Məhəmməd Musayev (60 kq), Abil Yusubov, Mehdi Cəfərov (hər ikisi 66 kq), Süleyman Şükürov (73 kq), Aslan Kostoyev (81 kq) və Ramazan Əhmədov (+90 kq) mübarizə aparacaq.
Qızlardan isə Nigar Məmişova (40 kq), Aytac Yolçuzadə (44 kq), Vüsalə Hacıyeva (48 kq), Xədicə Qadaşova, Aytən Verdiyeva (hər ikisi 52 kq), Fidan Qasımova (57 kq) və Kamilla Toholiyeva (63 kq) tatamiyə çıxacaqlar.
Qeyd edək ki, Avropa çempionatı iyunun 25-də başa çatacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0