Ulu öndər Heydər Əliyev - Sputnik Azərbaycan, 1920, 20.01.2023
Heydər Əliyev ili

Azərbaycan ilə Rusiyanın Maqadan vilayəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

© Photo : AZƏRTACAzərbaycan ilə Rusiyanın Maqadan vilayəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycan ilə Rusiyanın Maqadan vilayəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub
 - Sputnik Azərbaycan, 1920, 14.06.2023
Abunə olmaq
Hökumət sədrinin müavini Maksim Brodkin Oxot dənizinin sahilində yerləşən vilayətin turizm imkanlarından danışıb, turizm sahəsində ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
BAKI, 14 iyun — Sputnik. Azərbaycanın Rusiyanın Yekaterinburq şəhərindəki baş konsulu vəzifələrini icra edən Şöhrət Mustafayev Maqadan vilayətinə səfəri çərçivəsində vilayət hökumətinin sədr müavini Maksim Brodkinlə görüşüb.
Görüşdə Maqadan vilayəti ilə Azərbaycan arasında iqtisadi və humanitar sahələrdə əlaqələrin inkişafı məsələləri müzakirə olunub.
Hökumət sədrinin müavini Maksim Brodkin Oxot dənizinin sahilində yerləşən vilayətin turizm imkanlarından danışıb, turizm sahəsində ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Ş.Mustafayev öz növbəsində Azərbaycanın turizm, mədəniyyət və təhsil imkanlarından bəhs edib, ölkəmizin Rusiya regionları ilə sıx əməkdaşlığı barədə məlumat verib.
Görüşdə M.Brodkinə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Baş konsulluğun dəstəyi ilə Rusiya Federasiyasında çap olunmuş "Heydər Əliyev - Rusiyadan baxış" kitabı hədiyyə olunub.
(AZƏRTAC)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0