Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanın iki güləşçisi yarımfinala yüksəlib - Avropa çempionatı

© Sputnik / Murad OrujovGüləş üzrə yarış, arxiv şəkli
Güləş üzrə yarış, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.06.2023
Abunə olmaq
Azərbaycanın iki yunan-Roma güləşçisi finala gedən yolda müvafiq olaraq Yurik Mxitaryan (Ermənistan) və Peter Totokla (Macarıstan) üz-üzə gələcəklər.
BAKI, 13 iyun — Sputnik. Azərbaycanın iki yunan-Roma güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında yarımfinala yüksəlib. 45 kq çəki dərəcəsində çıxış edən Turan Daşdəmirov və 51 kq-dakı Əli Seyidəlili bu raundadək irəliləyə bilib.
Onlar finala gedən yolda müvafiq olaraq Yurik Mxitaryan (Ermənistan) və Peter Totokla (Macarıstan) üz-üzə gələcəklər.
Bu gün, həmçinin, 4 güləşçi bürünc medal uğrunda görüşə çıxacaq. 48 kq-dakı Elnar Ziyadov Viktor Postikayla (Moldova), 55 kq-dakı Ayxan Cavadov Yuri Karapetyanla (Ermənistan), 80 kq-dakı Elmin Əliyev Giorgi Maxaradze ilə (Gürcüstan), 110 kq-dakı Mahir Qurbanlı isə Tomas Rusi ilə qarşılaşacaq.( "Report")
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0