https://sputnik.az/20230609/bu-il-bakalavriat-ve-magistr-uzre-dovlet-sifarisli-yerlerin-sayi-melum-olub-455762194.html
Bu il bakalavriat və magistr üzrə dövlət sifarişli yerlərin sayı məlum olub
Bu il bakalavriat və magistr üzrə dövlət sifarişli yerlərin sayı məlum olub
Sputnik Azərbaycan
Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini bildirib ki, bakalavriat və magistr üzrə bu il dövlət sifarişli yerlərin sayı açıqlanıb 09.06.2023, Sputnik Azərbaycan
2023-06-09T15:26+0400
2023-06-09T15:26+0400
2023-06-09T15:30+0400
bakalavr
təhsil
elm və təhsil nazirliyi
magistratura
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424512282_0:0:3081:1733_1920x0_80_0_0_16e566b68044f8bae81b65a57f71c121.jpg
BAKI, 9 iyun — Sputnik. Son 5 ildə ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin sayı 118,7 faiz, qəbul plan yerlərinin sayı isə 34,6 faiz artıb. Bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev media nümayəndələri ilə görüşdə deyib. O bildirib ki, son 5 ildə qəbul planı yerlərinin sayına görə, ən çox artım 14,3 faiz olmaqla texniki və texnologiya sahəsində olub: "Dövlət sifarişli yerlərin sayı baxımından isə bu sahədə 30 faiz artım olub. İT sahəsində bakalavriat səviyyəsində tələbələrin 90-95 faizi, magistratura səviyyəsində isə 100 faizi dövlət sifarişli yerlərə daxil olur". Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini bildirib ki, bakalavriat üzrə bu il dövlət sifarişli yerlərin sayı açıqlanıb. O bildirib ki, ötən illə müqayisədə dövlət sifarişli yerlərin sayı 8 faiz artaraq 27691 yerə çatdırılıb. Yaqub Piriyev media nümayəndələri ilə görüşdə onu da bildirib ki, növbəti tədris ili üçün magistratura üzrə proqnoz qəbul yerlərin sayı açıqlanıb. O bildirib ki, 2023-2024-cü tədris ilində bu yerlərin sayının 6478 olacağı gözlənilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424512282_0:0:2731:2048_1920x0_80_0_0_ed1401501379fdb1bc6a28a3d4776a4c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
bakalavr, elm və təhsil nazirliyi, magistratura
bakalavr, elm və təhsil nazirliyi, magistratura
Bu il bakalavriat və magistr üzrə dövlət sifarişli yerlərin sayı məlum olub
15:26 09.06.2023 (Yenilənib: 15:30 09.06.2023) Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini bildirib ki, bakalavriat və magistr üzrə bu il dövlət sifarişli yerlərin sayı açıqlanıb
BAKI, 9 iyun — Sputnik. Son 5 ildə ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin sayı 118,7 faiz, qəbul plan yerlərinin sayı isə 34,6 faiz artıb.
Bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev media nümayəndələri ilə görüşdə deyib.
O bildirib ki, son 5 ildə qəbul planı yerlərinin sayına görə, ən çox artım 14,3 faiz olmaqla texniki və texnologiya sahəsində olub: "Dövlət sifarişli yerlərin sayı baxımından isə bu sahədə 30 faiz artım olub. İT sahəsində bakalavriat səviyyəsində tələbələrin 90-95 faizi, magistratura səviyyəsində isə 100 faizi dövlət sifarişli yerlərə daxil olur".
Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini bildirib ki, bakalavriat üzrə bu il dövlət sifarişli yerlərin sayı açıqlanıb. O bildirib ki, ötən illə müqayisədə dövlət sifarişli yerlərin sayı 8 faiz artaraq 27691 yerə çatdırılıb.
Yaqub Piriyev media nümayəndələri ilə görüşdə onu da bildirib ki, növbəti tədris ili üçün magistratura üzrə proqnoz qəbul yerlərin sayı açıqlanıb. O bildirib ki, 2023-2024-cü tədris ilində bu yerlərin sayının 6478 olacağı gözlənilir.