CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yollarda görmə məsafəsi məhdudlaşacaq

© Photo : Ministry of Internal Affairs (Azerbaijan)YPX və PPX avtomobili, arxiv şəkli
YPX və PPX avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.06.2023
Abunə olmaq
Yol Polisi görmə məsafəsinin 500-800 metrədək məhdudlaşacağı barədə xəbərdarlıq edib.
BAKI, 8 iyun — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, bu gün ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, yağış yağacağı gözlənilir. Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.
Bildirilir ki, yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görmə məsafəsinin 500-800 metrədək məhdudlaşacağı ehtimal olunduğundan qurum sürücüləri yola çıxarkən diqqətli olmağa çaşırıb.
Hərəkət iştirakçılarına yol və meteoroloji şəraiti nəzərə almaq, sürət həddini minimuma endirmək, nəqliyyat vasitələrinin texniki sazlığını nəzarətdə saxlamaq, təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0