NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Tələbin azalacağı ilə bağlı narahatlıq nefti ucuzlaşdırır

© AP Photo / Richard DrewBirja, arxiv şəkli
Birja, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.06.2023
Abunə olmaq
Səudiyyə Ərəbistanın hasilatı könüllü şəkildə azaldacağı açıqlaması qiymətləri bir qədər yüksəltsə də ABŞ-da yanacaq ehtiyatlarının artması və Çində ixrac ilə bağlı zəif göstəricilər bahalaşmanı məhdudlaşdırır.
BAKI, 8 iyun — Sputnik. Qlobal iqtisadi yavaşlama ilə bağlı tələbin azalacağı narahatlığı neft qiymətlərini aşağı salıb. "Brent" nefti 21 sent və ya 0,3% ucuzlaşaraq bir barel üçün 76,74 dollara, ABŞ-ın Qərbi Texas nefti isə 21 sent və ya 0,3% ucuzlaşaraq 72,32 dollara düşüb.
Səudiyyə Ərəbistanın hasilatı könüllü şəkildə azaldacağı açıqlaması qiymətləri bir qədər yüksəltsə də ABŞ-da yanacaq ehtiyatlarının artması və Çində ixrac ilə bağlı zəif göstəricilər bahalaşmanı məhdudlaşdırır.
Azərbaycan neftinin ("Azeri Light") qiyməti isə 91 sent artaraq 79,47 dollar olub.
Xatırladaq ki, 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib.
2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Onu da əlavə edək ki, Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsində "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 50 ABŞ dollarından 60 ABŞ dollarına qaldırılır.
Azərbaycan "OPEC plus"un qərarını dəstəkləyib
Qeyd edək ki, Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin Vyanada keçirilən 35-ci iclasında "Əməkdaşlıq Bəyannaməsi" ölkələrinin 2024-cü il üçün gündəlik ümumi xam neft hasilatının səviyyəsini tənzimləyən qərar qəbul olunub. Razılaşmaya uyğun olaraq gələn il gündəlik xam neft hasilatı "OPEC plus" üzrə 40,46 milyon barel, Azərbaycan üçün 551 min barel həcmində müəyyən edilib.
"OPEC plus"un yeni qərarını şərh edən energetika naziri Pərviz Şahbazov bildirib ki, "Əməkdaşlıq Bəyannaməsi" iştirakçıları üçün əsas məqsəd neft bazarında ümumi mənafeyə xidmət edən balansa nail olmaq və neft sektorunun inkişafına mənfi təsir göstərən volatilliyin qarşısını almaqdır. Hesab edirəm ki, OPEC və qeyri-OPEC ölkələrinin bu qərarı da neft bazarına zəruri dəstəyi təmin edəcək.
"OPEC plus"un növbəti görüşü 2023-cü ilin 26 noyabr tarixinə təyin edilib.
Səudiyyə Ərəbistanı "OPEC plus" toplantısında neft hasilatını iyul ayında könüllü şəkildə gündəlik 1 milyon barel azaldacağını açıqlayıb. Bu addım Səudiyyə Ərəbistanın bazarı sabitləşdirmək üçün öz bazar payından daha çox güzəştə getməsinə səbəb olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0