Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

General: Ticarət etmək, pulemyotun nişangahından baxmaqdan yaxşıdır

© Sputnik / Taleh MahmudovBakıda MDB ölkələrinin Sərhəd Qoşunları Komandanları Şurasının iclası keçirilib
Bakıda MDB ölkələrinin Sərhəd Qoşunları Komandanları Şurasının iclası keçirilib - Sputnik Azərbaycan, 1920, 08.06.2023
Abunə olmaq
Şura sədri bu gün Bakıda keçirilən görüşdə Ermənistanın sərhəd idarəsinin də iştirak etdiyini vurğulayaraq, İrəvanda keçiriləcək görüşdə Azərbaycandan da nümayəndə heyətinin iştirak edəcəyinə ümid etdiyini bildirib.
BAKI, 8 iyun — Sputnik. Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması regionun bütün dövlətlərinə ticarət əlaqələri yaratmağa imkan verəcək. Bunu MDB ölkələrinin Sərhəd Qoşunları Komandanları Şurasının sədri, general-polkovnik Aleksandr Manilov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, kilidin açılması həm də insanlar arasında əlaqə yaratmağa kömək edəcək.
Manilov deyib ki, ticarət etmək daha yaxşıdır, nəinki pulemyotun nişangahından baxmaq.
Rusiyalı general Azərbaycanla Ermənistan arasında danışıqlar prosesinin davam etdirilməsinin və nəhayət sülhün əldə olunması üçün səylərin göstərilməsinin vacibliyini qeyd edib.

"Perspektivlər həmişə var və siz həmişə buna can atmalısınız. Bu günə kimi uğurlar qeydə alınıb", - Manilov bildirib.

Şura sədri bu gün Bakıda keçirilən görüşdə Ermənistanın sərhəd idarəsinin də iştirak etdiyini vurğulayaraq, İrəvanda keçiriləcək görüşdə Azərbaycandan da nümayəndə heyətinin iştirak edəcəyinə ümid etdiyini bildirib.
Sərhəd əməliyyatları
Manilovun sözlərinə görə, görüşdə MDB ölkələrinin xarici sərhədlərində vəziyyətin qiymətləndirilməsi məsələsi müzakirə olunub.

"Biz belə qənaətə gəldik ki, MDB-yə üzv ölkələrin müvafiq strukturlarını cəlb etməklə xüsusi sərhəd əməliyyatlarının təşkili zəruridir. İş iki istiqamətdə aparılacaq. Birinci istiqamət qərbdir, o, xüsusi sərhəd əməliyyatını nəzərdə tutur. Rusiya Federal Təhlükəsizlik Xidmətinin iştirakı ilə ikinci istiqamət Mərkəzi Asiya - Tacikistan Sərhəd Xidmətinin Dövlət Komitəsinin rəhbərliyi ilə həyata keçiriləcək", - Şura sədri vurğulayıb.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0