DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran "Fəttah" adlı ilk hipersəs ballistik raketini təqdim edib

© IRANIAN DEFENCE MINISTRY / AFPİran raketinin buraxılışı
İran raketinin buraxılışı - Sputnik Azərbaycan, 1920, 06.06.2023
Abunə olmaq
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Əmirəli Hacızadə bildirib ki, onların ilk hipersəs raketi bütün raketdən müdafiə sistemlərindən keçəcək.
BAKI, 6 iyun — Sputnik. İran 1400 kilometr mənzilli "Fəttah" adlı ilk hipersəs ballistik raketini nümayiş etdirib.
Tədbirdə İran Prezidenti İbrahim Rəisi və İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli komandirləri iştirak ediblər.
İranın yeni raket hazırlaması 2022-ci ilin payızında məlum olub. İranın İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Əmirəli Hacızadə bildirib ki, onların ilk hipersəs raketi bütün raketdən müdafiə sistemlərindən keçəcək və bu silahlara qarşı mübarizə aparmaq üçün texnologiya onilliklər ərzində üzə çıxa bilməyəcək.
O əlavə edib ki, bu raket düşmənin raket əleyhinə sistemlərini məhv etmək üçün həll yoludur, o, səsdən beş dəfə sürətlə hərəkət edə bilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0