CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Abortların qandonduran statistikası - 15 yaşlı qızlar da abort etdirir?

© AFP 2023 / PEDRO PARDOEmbrion, arxiv şəkli
Embrion, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.05.2023
Abunə olmaq
Nazirlik rəsmisi ən təhlükəli abortun qaşınma üsulu ilə abort olduğunu bildirib.
BAKI, 31 may — Sputnik. Azərbaycanda abortların sayı artıb. Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavabda bildirilib ki, 2022-ci ildə 58 min abort qeydə alınıb. Onlardan 14 min 900-ü mini-abort, 500-ü dərman vasitələri ilə aparılan abortlar olub. 2018-ci ildə 36 min 141, 2019-cu ildə 37 min 308, 2020-ci ildə 34 min 719, 2021-ci ildə 46 min 877 abort qeydə alınıb.

Abort - uşaqlıq divarının selikli qişasından dölün xaric olunmasıdır və hamiləliyin hər hansı bir səbəbdən vaxtından əvvəl pozulması hesab edilir. Hamiləlik ilk 16 həftədə pozularsa, erkən abort, 16-28-ci həftədə pozularsa, gecikmiş abort adlanır.

Bəs görəsən, abortların artma səbəbi nədir?
Selektiv abortlar statistikanı daha da böyüdür
Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-metodisti Zümrüd Kazımova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son illər abortların sayının artmasında selektiv abortların rolu çoxdur. O, bildirib ki, abortların sayının ildən-ilə artması cəmiyyətdə hələ də oğlan uşaqlarına üstünlük verilməsi, ailələrdə oğlan uşaqlarının daha çox istənilməsidir.
Z.Kazımova onu da bildirib ki, 12 həftəyədək hamiləliyi olan qadının dölü abort etdirməsinə icazə verilir. On iki həftədən sonra dölün cinsi bəlli olduğundan, belə abortların tibbi və sosial göstəriş olmadan aparılması yolverilməzdir.
Erkən nikahlar da abortlara səbəb olur
Onun sözlərinə görə, abortların sayının artmasına təsir edən daha bir məqam erkən nikahlardır.
Z.Kazımova erkən nikahlarda hamiləliklərin o qədər də uğurlu olmadığını, tibbi göstəriş səbəbindən, yaxud digər səbəblərə görə sonlandırıldığını söyləyib. Mərkəz səlahiyyətlisinin sözlərinə görə, bəzən ailənin sosial durumu da qadının abort etməsinə səbəb olur. Bu isə, abortların statistikasını daha da artırır.
Abortların təhlükəsi-uşaqlıq deşilə bilər!
Z.Kazımova bəzən abortlara qadınlarda və döldə qeydə alınan xəstəliklərin də səbəb olduğunu söyləyib. Həmsöhbətimiz bildirib ki, hər bir halda abort qadın orqanizminə mənfi təsir göstərir.

"Abort zamanı qadında qanaxma ola bilər, uşaqlığa infeksiya düşə bilər. Ən qoruxlusu qaşınma üsulu ilə aparılan abortdur. Bu zaman uşaqlıq deşilə bilər", - deyə Z.Kazımova bildirib.

CC0 / freestocks / PregnantHamilə qadın, arxiv şəkli
Hamilə qadın - Sputnik Azərbaycan, 1920, 30.05.2023
Hamilə qadın, arxiv şəkli
Həmsöhbətimiz deyir ki, birinci abort daha təhlükəlidir. Bu,hətta sonsuzluğa da səbəb ola bilər. İSİM səlahiyyətlisi onu da qeyd edib ki, abortdan sonra qadının orqanizmində hormonal müəyyən dəyişiklik baş verir:

"Qadınların abortdan uzaq durması məsləhətdir. Abortlar qadını depressiyaya sala bilər. Əgər qadın daha uşaq doğmaq istəmirsə, qorunma üsullarından istifadə etməlidir. Qadınları mümkün qədər abortdan çəkinməyə səsləyirik".

15-19 yaşlı qızlar arasında abort halları artıb
Qeyd edək ki, əhali üzrə ümumi abortların sayına nəzər saldıqda görünür ki, 25-29 yaşlı qadınlar arasında abortların sayı daha çoxdur. Bu yaş kateqoriyasında 2000-ci ildə 5 064 abort, 2020-ci ildə isə 10993 abort qeydə alınıb. Qadınların müxtəlif yaş qrupları üzrə abortlarının ümumi sayına gəlincə, 2000-ci ildə qeydə alınan 17529 abortdan 572-si 15-19 yaşlı qızların payına düşüb. 2020 ildə qeydə alınmış 34719 abortdan isə 1299-u 15-19 yaşlı qızlar arasında qeydə alınıb. Statistik rəqəmlərdən görünür ki, son illər 15-19 yaşlı qızlar arasında abort halları artıb.
Son illər daha aşağı yaşda abort hallarına da rast gəlinib. Məsələn, 2000-ci ildə 15-17 yaşlı yaşlı qadınlar arasında abort qeydə alınmasa da, 2020-ci ildə bu rəqəm 29 olub. 2000-ci ildə 18-19 yaşlı qadınlar arasında isə abort halı qeydə alınmayıb. 2020-ci ildə isə bu yaşda qadınlar arasında 1270 abort halı qeydə alınıb.
Ümumilikdə ümumilikdə 15-49 yaşlı hər 1000 qadına düşən abortların sayı 2000-ci ildə 7,8, 2020-ci ildə isə 13,3 olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0