Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Ərdoğanı təbrik edib

© Sputnik / Sergey Guneev / Mediabanka keçidVladimir Putin və Rəcəb Tayyib Ərdoğan
Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan, 1920, 28.05.2023
Abunə olmaq
Rusiya prezidenti bildirib ki, ikitərəfli, regional və beynəlxalq gündəmdəki aktual məsələlər üzrə konstruktiv dialoqu davam etdirməyə hazırdır.
BAKI, 28 may - Sputnik. Rusiya prezidenti Vladimir Putin Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanı yenidən prezident seçilməsi münasibətilə təbrik edib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Putinin təbrik teleqramında deyilir:
“Hörmətli cənab Ərdoğan, əziz dostum, yenidən prezident seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin".
Vladimir Putin təbrikində türkiyəli həmkarının Rusiya-Türkiyə münasibətlərinin möhkəmlənməsinə şəxsi töhfəsini də qeyd edib, həmçinin tərəflər arasında konstruktiv dialoqu davam etdirməyə hazır olduğunu bildirib.
"Rusiya-Türkiyə dostluq münasibətlərinin, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə verdiyiniz şəxsi töhfənizi yüksək qiymətləndiririk. İkitərəfli, regional və beynəlxalq gündəmdəki aktual məsələlər üzrə konstruktiv dialoqumuzu davam etdirməyə hazır olduğumuzu təsdiq etmək istərdim", - Putinin teleqramında deyilir.
Məlumatlara görə, Qətər əmiri, Özbəkistan prezidenti, Macarıstan və Liviya baş nazirləri Türkiyənin hazırkı dövlət başçısını təbrik ediblər.
Türkiyə prezident seçkilərinin ikinci turunda seçki qutularının 99,99% açılıb. Türkiyə Ali Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener jurnalistlərə açıqlamasında bildirib ki, Rəcəb Tayyib Ərdoğan seçicilərin 52,14%-nin səsini qazanaraq Türkiyə prezidenti seçilib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.05.2023
DÜNYA XƏBƏRLƏRİ
Ərdoğan növbəti dəfə Türkiyə prezidenti seçilib
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0