Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Lionel Messidən növbəti rekord

© AFP 2023 / BERTRAND GUAYLionel Messi
Lionel Messi - Sputnik Azərbaycan, 1920, 28.05.2023
Abunə olmaq
Bununla 36 yaşlı forvard sabiq komanda yoldaşı Dani Alveşin rekordunu təkrarlayıb.
BAKI, 28 may - Sputnik. Fransanın PSJ klubunun futbolçusu Lionel Messi ən çox kubok qazanma rekordunu təkrarlayıb.
Fransa Liqa 1-nin çempionu olan argentinalı hücumçu karyerasındakı titul sayını 43-ə çatdırıb.
Bununla 36 yaşlı forvard sabiq komanda yoldaşı Dani Alveşin rekordunu təkrarlayıb.
Messinin aktivində 2 Fransa çempionluğu və Superkuboku var. O, “Barselona”nın heyətində 10 dəfə İspaniya La Liqasının, 4 dəfə UEFA Çempionlar Liqasının, 8 dəfə İspaniya Superkubokunun, 7 dəfə İspaniya Kubokunun, 3 dəfə Klublararası Dünya Çempionatının və bir o qədər də Avropa Superkubokunun qalibi olub.
Messi Argentina millisinin heyətində isə dünya çempionluğunu, Cənubi Amerika Kubokunu, Yay Olimpiya Oyunlarını, “Finalissima”nı və gənclər arasında dünya çempionluğunu qazanıb(Report).
Xəbər lenti
0