SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi bundan sonra daha da möhkəmlənəcək - XİN başçısı

© Sputnik / Press service of the Ministry of Foreign Affairs of the Russian FederationCeyhun Bayramov
Ceyhun Bayramov - Sputnik Azərbaycan, 1920, 28.05.2023
Abunə olmaq
Ceyhun Bayramov öz tvitində Rəcəb Tayyib Ərdoğanı və Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlunu işarələyib.
BAKI, 28 may - Sputnik. “Qardaş Türkiyədə keçirilən növbəti seçkilərdə Prezident Rəcəb Tayyib Ərdoğan və Cümhur İttifaqı tərəfindən qazanılan möhtəşəm qələbə münasibətilə səmimi təbriklərimi çatdırıram!”
Bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov öz "Twitter" hesabında yazıb.
“Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin bundan sonra daha da möhkəmlənəcəyinə əminik!” – diplomat vurğulayıb.
O, öz tvitində Ərdoğanı və Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlunu işarələyib.
Türkiyədə bu gün keçirilən ikinci tur prezident seçkilərində seçki qutularının 91,55 faizi sayılıb.
Hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52,61 faiz səslə öndədir.
“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 47,39 faiz səs toplayıb.
İki namizəd arasında 2,6 milyondan çox səs fərqi var.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan, 1920, 28.05.2023
SİYASƏT
Əliyev Ərdoğanı seçkidə qələbə münasibətilə təbrik edib və onu Azərbaycana dəvət edib
Xəbər lenti
0