Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ-ın dövlət borcu Rusiyanın borcunu 107 dəfə üstələyib

© AFP 2023 / YURI CORTEZDollar, arxiv şəkli
Dollar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.05.2023
Abunə olmaq
Ötən ilin nəticələrinə görə Rusiyanın dövlət borcu cəmi 294,8 milyard dollar təşkil edib.
BAKI, 25 may — Sputnik. 2022-ci ilin sonunda ABŞ-ın dövlət borcu 13 ən böyük borclu ölkənin hökumətlərinin ümumi borcuna bərabər olub və Rusiyanı 107 dəfə üstələyib.
Bunu "RİA Novosti" həmin ölkələrin Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Rəqəmlər 2022-ci ilin dördüncü rübünün sonunda təhlil ediliblər. Belə ki, ABŞ-ın dövlət borcu 31,42 trilyon dollarla rekord həddə çatıb. İkinci yerdə 9,59 trilyon dollar borcu ilə Yaponiya, üçüncü yerdə isə 3,75 trilyon dollarla Çin qərarlaşıb.
Qeyd etmək lazımdır ki, ötən ilin nəticələrinə görə Rusiyanın dövlət borcu cəmi 294,8 milyard dollar təşkil edib ki, bu da yaponların borcundan 33 dəfə, çinlilərin borcundan 13 dəfə azdır. Bu ilin ilk üç ayında Rusiya Federasiyasının borcu daha 15,2 milyard dollar azalıb.
Bundan əvvəl məlumat verilmişdi ki, ABŞ-ın maliyyə naziri Canet Yellen ABŞ-ın bu il iyunun 1-də defoltla üzləşəcəyini mümkün hesab edir. O izah edib ki, bu, Ağ Ev və Konqresin dövlət borcunun tavanının artırılması ilə bağlı razılığa gəlməyə vaxtı olmadığı təqdirdə baş verəcək.
Xatırladaq ki, ilin əvvəlində ABŞ-ın dövlət borcu 31,4 trilyon dollara çatıb ki, bu da son hədd olub. Nümayəndələr palatasına nəzarət edən respublikaçılar büdcəni eyni vaxtda azaltmadan onu artırmaqdan imtina edirlər. Ağ Ev irəli sürülən şərtlərlə razılaşmır.
Xəbər lenti
0