SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident İlham Əliyevin Vilnüsdə rəsmi qarşılanma mərasimi olub

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev Litvaya rəsmi səfərə gedib
Azərbaycan Prezidenti İlham Əliyev Litvaya rəsmi səfərə gedib - Sputnik Azərbaycan, 1920, 22.05.2023
Abunə olmaq
Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.
BAKI, 22 may — Sputnik. Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vilnüsdəki Prezident sarayında rəsmi qarşılanma mərasimi olub.
Azərbaycanın və Litvanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev Litvaya rəsmi səfərə gedib
Azərbaycan Prezidenti İlham Əliyev Litvaya rəsmi səfərə gedib - Sputnik Azərbaycan, 1920, 22.05.2023
Azərbaycan Prezidenti İlham Əliyev Litvaya rəsmi səfərə gedib
Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.
Azərbaycanın və Litvanın Dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Litva nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycanın dövlət və hökumət nümayəndələri isə Prezident Gitanas Nausedaya təqdim edilib.
Azərbaycan Prezidenti mayın 21-də Litva Respublikasına rəsmi səfərə gedib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Vilnüs Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Litvanın ətraf mühit naziri Simonas Gentvilas və digər rəsmi şəxslər qarşılayıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0