SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanla Litva arasında bir sıra sənədlər imzalanıb

© Official website of President of Azerbaijan RepublicAzərbaycan-Litva sənədləri imzalanıb
Azərbaycan-Litva sənədləri imzalanıb - Sputnik Azərbaycan, 1920, 22.05.2023
Abunə olmaq
Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi olub.
BAKI, 22 may — Sputnik. Mayın 22-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan və Litva arasında aşağıdakı sənədlər imzalanıb:
- "Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Litvanın Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş";
- "Azərbaycan Baş Prokurorluğu ilə Litvanın Baş Prokurorluğu arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı";
- "Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Litvanın Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş".
Azərbaycan Prezidenti mayın 21-də Litva Respublikasına rəsmi səfərə gedib.
Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vilnüsdəki Prezident sarayında rəsmi qarşılanma mərasimi olub.
Azərbaycanın və Litvanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi - Sputnik Azərbaycan, 1920, 22.05.2023
SİYASƏT
Azərbaycan və Litva prezidentlərinin təkbətək görüşü keçirilir
Xəbər lenti
0