DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan siyasi arenasında gərginlik: "Daşnaksütyun"un ləğvi təklif edilir

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidВид на Ереван
Вид на Ереван - Sputnik Azərbaycan, 1920, 19.05.2023
Abunə olmaq
Saqatelyan bildirib ki, Azərbaycan və Türkiyə gündəminə xidmət edən hazırkı hakimiyyəti sıradan çıxarmağı qarşısına məqsəd qoyub.
BAKI, 19 may — Sputnik. "Daşnaksütyun" partiyasının ali orqanının nümayəndəsi İşxan Saqatelyan Ermənistan xalqının ümumi itaətsizliyə hazırlanmalı olduğunu bildirib.
Saqatelyanın sözlərinə görə, ölkədə parlament müxalifəti təkcə sosial-iqtisadi sahədə, kənd təsərrüfatı ilə bağlı cari problemlərlə məşğul olmalı deyil, aktual problemləri qabartmalıdır. Çünki təhlükəsizlik məsələləri ilə müqayisədə onlar ikinci dərəcəlidir.
"Erməni xalqının əsas problemi ölkənin, Ermənistan vətəndaşlarının təhlükəsizliyi və dövlətin ərazi bütövlüyüdür", - Saqatelyan bildirib.
O əlavə edib ki, Azərbaycan və Türkiyə gündəminə xidmət edən hazırkı hakimiyyəti sıradan çıxarmağı qarşısına məqsəd qoyub.
"Biz xalqı ümummilli böyük itaətsizliyə hazırlamalıyıq. Başqa yol yoxdur", - Saqatelyan bildirib.
O, artıq iki uğursuz cəhd etdiklərini, lakin uğur qazanana qədər cəhd etməli olduqlarını etiraf edib.
Qeyd edək ki, Saqatelyan 2022-ci ildə Müqavimət hərəkatının hökumət əleyhinə küçə aksiyalarını koordinasiya edib.
Saqateyanın açıqlamalarına cavab özünü çox gözlətməyib. Ermənistan hakim "Vətəndaş müqaviləsi" fraksiyasının deputatı Akop Aslanyan hesab edir ki, Erməni İnqilabi Federasiyasının (Daşnaksütyun) fəaliyyəti dayandırılmalıdır. Onun sözlərinə görə, belə bir prosesə başlamaq üçün hüquqi əsas da mövcuddur:
"1998-ci ildə partiyanın faəliyyətinin dayandırılması ilə bağlı qərar ləğv ediləndə, partiya qurultay keçirərək bunu elan etməli idi. Ancaq bunu etmədilər".
Xatırladaq ki, 1994-cü ildə o zamankı Ermənistan prezidenti Levon Ter-Petrosyanın imzaladığı fərmanla "Daşnaksütyun"un fəaliyyəti dayandırılmışdı.
Xəbər lenti
0