DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Suriya neftini İraqa daşıyır - KİV

© AFP 2023 / DELIL SOULEIMANneft
neft - Sputnik Azərbaycan, 1920, 18.05.2023
Abunə olmaq
Son saatlarda Suriyanın şimal-şərqindəki neft yataqlarından 42 neft çəni olan ABŞ karvanı qeyri-qanuni fəaliyyət göstərən Mahmudiyyə sərhəd keçid məntəqəsindən İraqa daxil olub.
BAKI, 18 may — Sputnik. ABŞ ordusu Suriyadan İraqa 42 tanker neft aparıb.
Bu barədə Suriya dövlət agentliyi SANA mənbələrə istinadən xəbər verib.
Əl-Hasek əyalətinin Əl-Yarubiya bölgəsindəki mənbələrə görə, son saatlarda Suriyanın şimal-şərqindəki neft yataqlarından 42 neft çəni olan ABŞ karvanı qeyri-qanuni fəaliyyət göstərən Mahmudiyyə sərhəd keçid məntəqəsindən İraqa daxil olub.
Bundan əvvəl Suriyanın xarici işlər naziri Feysəl Mikdad 2011-ci ildən 2022-ci ilə qədər ölkənin neft və qaz sektorlarına dəyən ziyanın 107 milyard dollar təşkil etdiyini, Dəməşqin buna görə təzminat tələb etdiyini bildirmişdi.
ABŞ ordusu Suriyanın şimalında və şimal-şərqində Suriyanın ən böyük neft və qaz yataqlarının yerləşdiyi Deyr əz-Zor, Əl-Hasek və Rakka əyalətlərindəki ərazilərə qanunsuz nəzarət edir. Rəsmi Dəməşq dəfələrlə ABŞ hərbçilərinin öz ərazisində olmasını işğal və neftin açıq şəkildə oğurlanması məqsədi ilə dövlət quldurluğu adlandırıb.
Xəbər lenti
0