DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Belarus XİN rəhbəri: Dünya artıq əvvəlki kimi olmayacaq

Sergey Aleynik  - Sputnik Azərbaycan, 1920, 17.05.2023
Abunə olmaq
XİN rəhbəri bildirib ki, dünyanın əksər ölkələri çoxqütblü olmağa çalışsa da, bəzi dövlətlər yalnız öz dominant mövqelərini saxlamaq istəyir, ona görə də Rusiya və Belarusu suverenlikdən məhrum etməyə çalışırlar.
BAKI, 17 may — Sputnik. Dünyadakı tendensiyalar, həmçinin Moskva və Minskin inteqrasiya təcrübəsi göstərir ki, çoxqütblüliyə keçid qaçılmazdır, dünya düzəni əvvəlki kimi olmayacaq. Bunu Belarusun xarici işlər naziri Sergey Aleynik Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, dünyanın əksər ölkələri çoxqütblü olmağa çalışsa da, bəzi dövlətlər yalnız öz dominant mövqelərini saxlamaq istəyir, ona görə də Rusiya və Belarusu suverenlikdən məhrum etməyə çalışırlar.
"Bu gün dünyada müşahidə etdiyimiz tendensiyalar və öz inteqrasiya təcrübəmiz göstərir ki, bütün bu səylər nəticəsiz qalacaq. Qərbin özünün başlatdığı qlobal transformasiya və çoxqütblü dünyaya mütərəqqi keçid proseslərini dayandırmaq olmaz. Dünya artıq əvvəlki kimi olmayacaq", - dedi.
Xəbər lenti
0