Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Türkiyənin yeni prezidenti kim olacaq? Politoloq səslərə təsir edəcək amilləri açıqladı

© AFP 2023 / YASIN AKGULTürkiyədə səsvermə, arxiv şəkli
Türkiyədə səsvermə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.05.2023
Abunə olmaq
Politoloq bildirib ki, Azərbaycanda hazırkı prezident Rəcəb Tayyip Ərdoğanın qələbə qazanması arzu edilir, amma bütün hallarda Türkiyə vətəndaşlarının edəcəyi seçimə hörmətlə yanaşmaq lazımdır.
BAKI, 16 may — Sputnik. Türkiyədə mayın 14-də keçirilmiş seçkilərdə Prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs qazanmadığı üçün səsvermənin ikinci turu mayın 28-də baş tutacaq. Prezidentliyə iki namizəd - Rəcəb Tayyib Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğlu arasında qalib gələn siyasətçi Prezident olacaq.
Türkiyədəki seçkilər Azərbaycan ictimaiyyəti tərəfindən də diqqətlə izlənilir.
Sputnik Azərbaycan Türkiyə seçkilərindən gözləntilərlə bağlı politoloq Elşən Manfovun fikirlərini öyrənib.
Politoloq Elşən Manafov bildirib ki, Azərbaycanda hazırkı prezident Rəcəb Tayyip Ərdoğanın qələbə qazanması arzu edilir, amma bütün hallarda Türkiyə vətəndaşlarının edəcəyi seçimə hörmətlə yanaşmaq lazımdır: "Türkiyədə kimin prezident seçilməsindən asılı olmayaraq Azərbaycan iqtidarı həmin hakimiyyətlə işləmək reallıqlarını nəzərə alacaq. Digər tərəfdən hələlik ikinci turda kimin qalib gələcəyi ilə konkret proqnoz vermək çətin məsələdir. İlk turda seçicilərin 5 faiz səsini qazanmış Sinan Oğanın öz seçicilərinə edəcəyi müraciətdən çox şey asılı olacaq".
Politoloq qeyd edir ki, əgər CHP bütün seçki məntəqələrində prosesə nəzarət edə bilməsə, mövcud hakimiyyətin inzibati amillərdən istifadə etməklə prosesə təsir etmək imkanları ola bilər: "Mövcud Türkiyə hakimiyyəti düşünürəm ki, bu amildən istifadə etməyə cəhd göstərəcək. Geopolitik anlamda isə ABŞ Ərdoğanın bu seçkilərdə məğlub olmasında maraqlıdır və bunun üçün hər şeyi edir. Digər tərəfdən Rusiya və onun müttəfiqləri isə Ərdoğanın qələbəsində maraqlıdır. Bütün halarda adı çəkilən qütblərin seçkilərə müdaxilə etməsi real görünmür. Hətta xatırlatmaq istərdim ki, ABŞ-da Trampın prezident seçilməsində Rusiyanın təsir imkanlarının olması ilə bağlı fikirlər səsləndirilirdi. Hər şey Türkiyə vətəndaşının səsindən asılı olaraq dəyişəcək. Türkiyənin indiki sosial-iqtisadi vəziyyətini və inflyasiyanın 56 faiz həddində olmasını nəzərə alsaq, bu faktor Kılıçdaroğlunun xeyrinə olan amildir. Xatırlamaq lazımdır ki, hazırkı prezident Ərdoğan 2002-ci il seçkilərində qalib gələrkən həmin vaxt baş vermiş zəlzələnin bu qələbədə təsiri olmuşdu. Ərdoğan və tərəfdarları həmin vaxt zəlzələ amilindən yetərincə bəhrələnə bilmişdilər".
Politoloq Türkiyədə namizədlərin seçkilərə ittifaq şəklində qoşulmasını da şərh edib və qeyd edib ki, Ərdoğandan fərqli olaraq Kılıçdaroğlunun müxalifət koalisiyası monolit xarakter daşımır: "Biz bunu Akşenerin seçki prosesi ərzində koalisiyanı tərk edib, yenidən qayıtmasında görə bilərik. Amma Ərdoğanın komandası daha monolit təsir bağışlayır. Seçki prosesi Ərdoğanın səhhətinə də təsirsiz ötüşmədi. Ərdoğan bu prosesdə tək başına mübarizə aparırmış kimi göründü. Bir önəmli amil də Türkiyənin böyük şəhərlərindəki seçicilərə təsir etmək imkanları ilə bağlıdır. Qeyd etmək lazımdır ki, burada da Kılıçdaroğlu və ittifaqının həmin seçiçilərə yetərincə təsir etmək imkanları mövcuddur".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0