Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən çıxıb

© Sputnik / Evgeny Biyatov / Mediabanka keçidRusiya
Rusiya  - Sputnik Azərbaycan, 1920, 16.05.2023
Abunə olmaq
Dövlət Dumasının deputatları Rusiya Federasiyası vətəndaşlarının maraqlarını rəhbər tutaraq, Rusiyanın təhlükəsizliyini təmin etmək üçün müqaviləni denonsasiya etmək qərarına gəliblər.
BAKI, 16 may — Sputnik. Rusiya Dövlət Duması Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin (CFE) denonsasiyası haqqında qanun qəbul edib.
Müqavilənin denonsasiyası ilə bağlı layihə mayın 10-da Dövlət Dumasına təqdim edilib.
Dövlət Dumasının deputatları Rusiya Federasiyası vətəndaşlarının maraqlarını rəhbər tutaraq, Rusiyanın təhlükəsizliyini təmin etmək üçün müqaviləni denonsasiya etmək qərarına gəliblər. Bu barədə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin öz teleqram kanalında bildirib.
"Birqütblü dünya qurmaq fikrinə qapılan Vaşinqton və Brüssel NATO-nu şərqə doğru irəliləməklə qlobal təhlükəsizlik sistemini məhv etdilər. 1949-cu ildə NATO-nu yaradanda Şimali Atlantika Alyansının üzvləri bəyan etdilər ki, onlar bunu sırf müdafiə məqsədləri üçün edirlər. Əslində bu ittifaq qoyun dərisinə bürünmüş canavar imiş" – Volodin bildirib.
Eyni zamanda o, NATO-nun hücuma keçdiyini və irəlilədiyini, insanlara zülm etdiyini, keçmiş Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya dövlətlərini darmadağın etdiyini qeyd edib.
"Vaşinqton NATO-dan istifadə edərək, Kiyev terror rejimini silahlandıraraq, hegemonluğunu saxlamaq üçün dünyada qeyri-sabitlik yaradır. Bu, qlobal fəlakətə səbəb olur", - Volodin qeyd edib.
CFE Müqaviləsi 1990-cı ildə Parisdə imzalanıb, 1999-cu ildə isə ATƏT-in İstanbulda keçirilən sammitində müqavilənin yenilənmiş variantı imzalanıb. Uyğunlaşdırılmış müqaviləni yalnız dörd ölkə - Rusiya, Belarus, Qazaxıstan və Ukrayna ratifikasiya edib. 2007-ci ildə Rusiya NATO ölkələri Uyğunlaşma haqqında Sazişi ratifikasiya edənə qədər CFE Müqaviləsində iştirakını dayandırıb.
Xəbər lenti
0