SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

© Photo : MFA AzerbaijanCeyhun Bayramov və Mövlud Çavuşoğlu, arxiv şəkli
Ceyhun Bayramov və Mövlud Çavuşoğlu, arxiv şəkli  - Sputnik Azərbaycan, 1920, 15.05.2023
Abunə olmaq
Azərbaycan XİN rəhbəri Türkiyədə keçirilən prezident və parlament seçkilərində Prezident Rəcəb Tayyib Ərdoğanın və hakim Ədalət və İnkişaf Partiyanın səs çoxluğu ilə irəlidə olması münasibətilə nazir M.Çavuşoğluna təbriklərini çatdırıb.
BAKI, 15 may — Sputnik. Mayın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
C.Bayramov Türkiyədə keçirilən prezident və parlament seçkilərində Prezident Rəcəb Tayyib Ərdoğanın və hakim Ədalət və İnkişaf Partiyasının səs çoxluğu ilə irəlidə olması münasibətilə nazir M.Çavuşoğluna təbriklərini çatdırıb. Bu seçkilər nəticəsində qardaş Türkiyənin daha da güclənəcəyinə əminlik ifadə olunub.
Xarici işlər naziri M.Çavuşoğlu göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon danışığı zamanı həmçinin bölgədə cari vəziyyət və sülh danışıqları üzrə son yeniliklər müzakirə edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0