DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Kılıçdaroğlu cahildir - Ərdoğan CHP liderinin Azərbaycandankənar layihəsi barədə - VİDEO

© AP Photo / Turkish PresidencyTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.05.2023
Abunə olmaq
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan CHP lideri Kamal Kılıçdaroğlunun Azərbaycandan yan keçən xəritəsini biabırçılıq adlandırıb.
BAKI, 13 may— Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinə namizəd olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun "Tarixi İpək Yolunun dirçəldilməsi" layihəsinə Azərbaycanın adının daxil edilməməsini biabırçılıq adlandırıb.
Ölkə başçısı Türkiyənin 15-dək telekanalı vasitəsilə canlı yayımlanan proqramda jurnalistlərin suallarını cavablandırarkən belə deyib.
O qeyd edib ki, "İpək Yolu" xətti məsələsi yeni deyil: "Bu adam cahildir. CHP-nin bizə yaşatdığı rüsvayçılığı biz Qarabağ müharibəsində silsək də, bu adam yəqin ki, yenidən millətə utanc hissi yaşatmağa söz verib. Məhz bu səbəbdən də azərbaycanlı qardaşlarımızı görməzdən gəlir".
"Azərbaycanla Türkiyə arasında qurduğumuz qardaşlığı heç kim poza bilməz. Artıq "İpək dəmir yolu"nu da çəkmişik, amma sənin bundan da xəbərin yoxdur. Ağlına gələni deyərək pezidentliyə can atmaq olmaz", - deyə Ərdoğan əlavə edib.
Xəbər lenti
0