Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ankara "Mir" ödəniş kartlarına qadağa qərarını xarici təzyiqlər altında verib - Səfir

© Sputnik / Игорь ЕгоровMir kartları
Mir kartları - Sputnik Azərbaycan, 1920, 10.05.2023
Abunə olmaq
Diplomat deyib ki, bu məsələnin həllində tərəflərin qarşılıqlı marağı nəzərə alınmaqla, Rusiya ödəniş kartlarının istifadəsi ətrafında yaranmış vəziyyəti müəyyən müddət ərzində həll etmək olar.
BAKI, 10 may — Sputnik. Türkiyə biznes nümayəndələri Rusiyanın "Mir" ödəniş kartlarının ölkədə istifadəsinə qoyulan qadağanın aradan qaldırılmasında maraqlıdırlar. Bunu Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov bildirib.
Yerxov "Rossiya 24" telekanalının efirində deyib: "Əvvəla, Türkiyə iqtisadiyyatının özü bunda maraqlıdır, o, tekstil, dəri və xəzdən hazırlanan məhsulları satmaq istəyir".
Diplomat əlavə edib ki, bu məsələnin həllində tərəflərin qarşılıqlı marağı nəzərə alınmaqla, Rusiya ödəniş kartlarının istifadəsi ətrafında yaranmış vəziyyəti müəyyən müddət ərzində həll etmək olar.
"Düşünürəm ki, gec-tez bu problem həllini mütləq tapacaq, çünki qarşılıqlı maraq olarsa, o zaman turizm sənayesi və maliyyə sənayesi buna mütləq cavab verəcək", - o əlavə edib.
Yerxov vurğulayıb ki, Rusiyanın "Mir" ödəniş kartlarının Türkiyədə istifadəsinə qadağa qoyulması ilə bağlı qərarın özü də Ankara tərəfindən xarici təzyiqlər altında verilib. "Bu qərar, yumşaq desək, onun müstəqil qərarı deyildi. Bu, kənardan müəyyən təzyiqlər altında qəbul edilib və biz haradan edildiyini başa düşürük", - diplomat əlavə edib.
2023-cü il aprelin sonunda Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina bildirib ki, Moskva xarici ölkələrlə, o cümlədən Türkiyə ilə "Mir" kartlarına alternativ olaraq Rusiya ilə alış-veriş üçün ödəniş sistemi qurur.
Xəbər lenti
0