Ulu öndər Heydər Əliyev - Sputnik Azərbaycan, 1920, 20.01.2023
Heydər Əliyev ili

Bakıda Sputnik Azərbaycan-ın Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sərgisi keçiriləcək

© mns.gov.azHeydər Əliyev
Heydər Əliyev - Sputnik Azərbaycan, 1920, 09.05.2023
Abunə olmaq
Agentliyin təqdim etdiyi sərgidə xəbər agentliyinin Azərbaycan xalqının Ulu Öndərinin çoxşaxəli həyatının müxtəlif məqamlarını təcəssüm etdirən arxiv kadrları nümayiş etdiriləcək.
BAKI, 9 may - Sputnik. Mayın 12-də saat 19:00-da Bakıdakı Rus evində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş konsert və sərgilərin açılışı olacaq.
Bakıdakı Rus evinin mətbuat mərkəzindən bildiriblər ki, “Sputnik Azərbaycan”ın təqdim etdiyi “Heydər Əliyev: ölkəyə və dünyaya açıq qəlblə” adlı sərgidə xəbər agentliyinin Azərbaycan xalqının Ulu Öndərinin çoxşaxəli həyatının müxtəlif məqamlarını təcəssüm etdirən arxiv kadrları nümayiş etdiriləcək.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə və onun Baykal-Amur Magistralının (BAM) tikintisindəki roluna həsr edilən “Tavolqa” adlı sərgi Elmin və Mədəniyyətin İnkişafı Fondu tərəfindən təşkil olunub. Ekspozisiyada əsas diqqət Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı illərdə BAM-ın uğurlu tikintisində müstəsna xidmətlərinə ayrılıb.
Ulu Öndər Heydər Əliyevə həsr olunan konsert proqramında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimləri, tələbələri və məzunları, eləcə də respublika musiqi müsabiqələrinin laureatları iştirak edəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0